Əsas səhifə Haqqımızda Xəbər lenti

Gömrüyə bəyan edilməyən məhsullar aşkarlanıb

Gömrüyə bəyan edilməyən məhsullar aşkarlanıb

Hər iki faktla bağlı araşdırma aparılır

 

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “Iveco” və “Renaut” markalı yük nəqliyyat vasitələrini saxlayıb və baxış keçiriblər.

 

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya bildirilib ki, yoxlama zamanı yük nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməyən 550 kapsul, 120 həb, 16 flakon qida əlavələri, həmçinin 10 ədəd ətir, müxtəlif adda boyalar və 184 ədəd üzərində "Wirelock" yazılan qablaşdırmada yapışqan maye aşkarlanıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      2 Mart 2021 15:24
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin