Əsas səhifə Haqqımızda Xəbər lenti

Tbilisinin mərkəzində aksiya: polislə etirazçılar arasında toqquşma olub

Tbilisinin mərkəzində aksiya: polislə etirazçılar arasında toqquşma olub

Bir nəfər müxalifət fəalı saxlanılıb, daha iki nəfər kütləvi aksiyanın keçirildiyi ərazidən uzaqlaşdırılıb

 

Tbilisinin mərkəzində, Gürcüstan Parlamentinin binası qarşısında müxalifət kütləvi etiraz aksiyası keçirir. AYNA Gürcüstan mediasına istinadən bildirir ki, etirazçılar əsas müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının həbsdə olan lideri Nika Meliyanın sərbəst buraxılmasını və yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər.

 

Məlumata görə, artıq polislə bir neçə dəfə qarşıdurma olub. Etirazçılar yolu bağlamağa çalışsalar da, hüquq-mühafizə orqanlarının əməkdaşları bunun qarşısını alıblar. Bir nəfər müxalifət fəalı saxlanılıb, daha iki nəfər kütləvi aksiyanın keçirildiyi ərazidən uzaqlaşdırılıb. Bundan sonra Tbilisinin mərkəzində vəziyyət daha da gərginləşib.

 

Gürcüstanda vəziyyət ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin silahdaşı, ölkənin ən böyük müxalifət partiyasının lideri N.Meliyanın həbsindən sonra gərginləşib.

 

Meliya 2019-cu ilin yayında Gürcüstan Parlamentə basqın cəhdini təşkil etməkdə günahlandırılır.

Müəllif: Ayna.az      2 Mart 2021 12:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin