Əsas səhifə Haqqımızda Xəbər lenti

Təhsil Nazirliyindən şəhid ailələri və qazilərlə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən şəhid ailələri və qazilərlə bağlı    AÇIQLAMA

“Fevralda Vətən müharibəsi iştirakçılarının ailə üzvlərindən 87 nəfər işə qəbul olunub”

 

Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə yanvarın 28-dən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müvafiq vakansiyalara işə qəbul prosesi dayandırılıb və həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, fevral ayında nazirliyə şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar 183 müraciət daxil olub.

 

“Müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 87 müraciət müsbət həllini tapıb”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az      2 Mart 2021 11:55
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin