Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakının planı 2020-ci ildə təsdiqlənəcək

Bakının planı 2020-ci ildə təsdiqlənəcək

25 min və 10 min miqyasında olan xəritələr üzərində işlər aparılır

 

Bakı şəhərinin Baş Planının hazırlanması üzrə işlərin növbəti fazasının tamamlanması bu ilin sonunadək nəzərdə tutulur. AYNA AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud bildirib.

 

Komitə sədri qeyd edib ki, bu fazada 25 min və 10 min miqyasında olan xəritələr üzərində işlər aparılır. Hazırda isə komitə və digər dövlət qurumlarının nümayəndələri ilə birgə sənədlərə baxılır.

 

Nəzərə çatdırılıb ki, ilin sonunadək 3-cü fazaya başlanılacaq, 2020-ci ilin oktyabr ayına qədər isə sonuncu faza, yəni, Baş Planın təsdiqlənməsi gözlənilir.

Müəllif: Ayna.az      30 Avqust 2019 22:57
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin