Əsas səhifə Haqqımızda Xəbər lenti

Paşinyandan Sarkisyana ittiham: “Baş Qərargah Serjin təsiri ilə…”

Paşinyandan Sarkisyana ittiham: “Baş Qərargah Serjin təsiri ilə…”

“Keçmiş hakimiyyət ordunu qanuni hakimiyyətin əleyhinə qaldırmağa cəhd göstərir”

 

“Silahlı qüvvələrin Baş Qərargah rəisinin mənim istefamı tələb edən bəyanatı sabiq Prezident Serj Sarkisyanın təsirinin nəticəsidir”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün İrəvanda Respublika meydanında tərəfdarları ilə keçirdiyi mitinqdə deyib.

 

“Açıq demək istəyirəm ki, Baş Qərargahın bəyanatı keçmiş hakimiyyətin, o cümlədən Serj Sarkisyanın təsirinin nəticəsidir. Baş Qərargahın rəisi siyasi bəyanat verməklə, qanunu pozub və istefa verməlidir”, - deyə Baş nazir qeyd edib.

 

Paşinyan bildirib ki, Baş Qərargah rəisinin istefası qaçılmazdır: “Amma o demək deyil ki, bundan sonra silahlı qüvvələrin sıralarında qan düşəcək. Sarkisyan və keçmiş hakimiyyət ordunu qanuni hakimiyyətin əleyhinə qaldırmağa cəhd göstərir. Bu, yolverilməzdir”.

Müəllif: Ayna.az      1 Mart 2021 21:03
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin