Əsas səhifə Haqqımızda Xəbər lenti

Paşinyan müxalifəti yeni seçkilərə dəvət edib

Paşinyan müxalifəti yeni seçkilərə dəvət edib

Baş nazir bu müraciətin həyata keçməsində xalqdan kömək istəyib

 

Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfdarları ilə İrəvanda Respublika meydanında keçirdiyi mitinqdə müxalifəti erkən parlament seçkilərinə dəvət edib.

 

AYNA erməni mediasına istinadən bildirir ki, Baş nazir bu müraciətin həyata keçməsində xalqdan kömək istəyib. Onun sözlərinə görə, seçkilərin keçirilməsinin bir məqsədi var - xalqın qələbəsini möhkəmləndirmək.

 

“Keçən il erkən seçkilərin ictimai konsolidasiyanın təmin edilməsi vasitəsi hesab edərək, belə bir təkliflə çıxış etdim, lakin müxalifətdən müsbət reaksiya olmadı. Ona görə də, təklifim mənasını itirdi”, - Paşinyan qeyd edib.

 

Qeyd edək ki, bu gün axşam saatlarında N.Paşinyan 1 mart 2008-ci il hadisələrinin anım günü ilə bağlı İrəvanın Respublika meydanında tərəfdarları ilə mitinq keçirib.

Müəllif: Ayna.az      1 Mart 2021 20:23
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin