Əsas səhifə Haqqımızda Xəbər lenti

Nazirlikdən profilaktika barədə AÇIQLAMA

Nazirlikdən profilaktika barədə       AÇIQLAMA

“Efir məkanında kompleks profilaktikanın aparılması texniki tələbdir”

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən il ərzində bir neçə dəfə radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında kompleks profilaktika işləri aparılır.

 

Nazirlikdən AYNA-ya bildirilib ki, texniki tələb olan kompleks profilaktikada məqsəd bütün yayım avadanlıqlarında, onların anten-fider sistemlərində müvafiq test-yoxlama, sazlama, təmir-bərpa və digər profilaktik işlərin aparılmasından ibarətdir.

 

Kompleks profilaktika zamanı bütün radio və televiziya proqramlarının yayımı həm studiyalarda (proqram istehsalçıları tərəfindən), həm də radio-televiziya yayım stansiyalarında (proqram yayımçısı olan “Teleradio” İB tərəfindən Bakı Teleqüllə Kompleksi daxil olmaqla ölkə üzrə digər 127 stansiyada) dayandırılır.

 

Qeyd edək ki, Alternativ Radio-Televiziya Yayım Stansiya Bakı Teleqüllə Kompleksində fors-major halları baş verəcəyi zaman yayımlarda dayanma olacağı halda alternativ stansiya olaraq yayımları həyata keçirmək üçün yaradılıb. Eyni zamanda, rəqəmli sosial TV paketin də yayımı alternativ RTYS-dən mümkündür. Lakin bunun üçün proqram istehsalçıları kompleks profilaktika zamanı yayım materialını təqdim etməlidir.

Müəllif: Ayna.az      1 Mart 2021 20:45
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin