Əsas səhifə Haqqımızda Xəbər lenti

Gürcüstanda partlayış: azərbaycanlı məktəbli ölüb

Gürcüstanda partlayış: azərbaycanlı məktəbli ölüb

Partlayış baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib

 

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonunda məktəb binasının yaxınlığında partlayış baş verib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə nəticəsində etnik azərbaycanlı olan 11 və 15 yaşlı iki qardaş yaralanıb.

 

Ağır bədən xəsarətləri alan 15 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Atasının sözlərinə görə, partlayışa səbəb uşaqların məktəbdən qayıdarkən tapdığı naməlum əşya olub.

 

Partlayış baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır.

Müəllif: Ayna.az      1 Mart 2021 16:38
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin