Əsas səhifə Haqqımızda Xəbər lenti

İrəvan qarışdı: müxaliflər hökumət binasına giriblər - VİDEO

İrəvan qarışdı: müxaliflər hökumət binasına giriblər -     VİDEO

Fəallar "Nikolsuz Ermənistan" şüarları ilə aksiyaya başladılar

 

İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları yenidən başlayıb. AYNA erməni mediasına istinadən bildirir ki, bu gün müxalifət fəalları İrəvanın mərkəzindəki 3 saylı hökumət binası qarşısında etiraz aksiyası təşkil ediblər.

 

Polisin müdaxiləsinə baxmayaraq müxalifətçilər binaya daxil ola biliblər. Sonra "Nikolsuz Ermənistan" şüarları səsləndirilməyə başlanılıb.  Etirazçılar binaya daxil olsalar da, nəzarət postundan keçə bilməyiblər.

 

Qeyd edək ki, bu gün İrəvanda bir anda iki mitinq planlaşdırılır. Belə ki, Baş nazir Nikol Paşinyan tərəfdarlarını yerli vaxtla axşam 18:30-da Respublika meydanına, müxalif “Vətənin Qurtuluşu” Hərəkatı isə saat 18:00-da Baqramyan prospektinə çağırıb.

 

Qeyd edək ki, Ermənistan ordusunun Baş Qərargahı Paşinyan və hökuməti istefaya çağıran bəyanat verdikdən sonra işğalçı ölkədə siyasi böhran kəskin mərhələyə qədəm qoydu. Bu fonda Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərarı Prezidentə təqdim etdi. Sarkisyan isə qərarı təsdiqləməkdən imtina etdi.

Müəllif: Ayna.az      1 Mart 2021 13:58
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin