Əsas səhifə Haqqımızda Xəbər lenti

Dünyada son sutkada 420 mindən çox yoluxma

Dünyada son sutkada 420 mindən çox yoluxma

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb

 

Dünyada son bir gündə koronavirusa 420 mindən çox yoluxma qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

 

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 420 491 hal qeydə alınıb, “COVID-19”dan 10 939 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 113 076 707, ölüm hallarının sayı 2 512 272 təşkil edir.

 

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 28 102 166 nəfər virusa yoluxub. Daha sonra Hindistan (11 079 979), Braziliya (10 390 461), Rusiya (4 234 720), Böyük Britaniya (4 163 089), Fransa (3 647 212), İspaniya (3 180 212), İtaliya (2 888 923), Türkiyə (v), Almaniya (2 434 446), Kolumbiya (2 241 225) və Argentina (2 098 728) gəlir.

Müəllif: Ayna.az      28 Fevral 2021 03:18
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin