Əsas səhifə Haqqımızda Xəbər lenti

Paşinyan yenə Qasparyanın istefası təklifini Prezidentə göndərib

Paşinyan yenə Qasparyanın istefası təklifini Prezidentə göndərib

Paşinyan: “Prezident Baş Qərargah rəisinin vəzifədən azad edilməsi barədə müraciəti geri qaytarmaq qərarına gəldi, bu, yaranmış vəziyyətin həllinə heç də kömək etmir"

 

Ermənistan Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi barədə Prezidentə təkrar müraciət ünvanlayıb.

 

Bu barədə AYNA-ya “Sputnik Ermənistan”a istinadən xəbər verir.  

 

“Prezident Baş Qərargah rəisinin vəzifədən azad edilməsi barədə müraciəti geri qaytarmaq qərarına gəldi, bu, yaranmış vəziyyətin həllinə heç də kömək etmir. Mən Qasparyanın istefa verməsi barədə müəyyən edilmiş qaydada yenidən Prezidentə vəsatət göndərirəm və onun müəyyən edilmiş qaydada imzalanacağını gözləyirəm”, - Paşinyan "Facebook"da yazıb.

 

Qeyd edək ki, daha əvvəl Ermənistan Prezidenti Armen Sarkisyan öz konstitusiya səlahiyyətləri çərçivəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı Baş nazir Nikol Paşinyana geri qaytarıb.

 

Xatırladaq ki, fevralın 25-də Baş Qərargah Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Baş nazir Nikol Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərar imzalayaraq, onu Prezidentə göndərib.

Müəllif: Ayna.az      27 Fevral 2021 20:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin