Əsas səhifə Haqqımızda Xəbər lenti

Prezident “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Prezident “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manatdır

 

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib. AYNA xəbər verir ki, dəyişikliklə Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib.

 

Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə edilən dəyişikliklə sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. Sənəddə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqq tutulmayacaq.

 

Qeyd edək ki, hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manatdır.

 

Bu Qanun 2021-ci il martın 1-dən qüvvəyə minir.

Müəllif: Ayna.az      27 Fevral 2021 16:30
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin