Əsas səhifə Haqqımızda Xəbər lenti

Türk futbolçu Avroliqanın tarixinə düşdü

Türk futbolçu Avroliqanın tarixinə düşdü

Yusuf Yazıcı Avroliqanın bir mövsümündə ən çox qol vuran türk futbolçu olub

 

Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində Niderland “Ayaks”ı ilə oyun Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Yusuf Yazıcı üçün əlamətdar olub.

 

 AYNA xəbər verir ki, Liqa 1 təmsilçisinin 1:2 hesabıyla uduzduğu oyunda komandasının yeganə qoluna imza atan Türkiyə millisinin üzvü, Avroliqanın bir mövsümündə ən çox qol vuran türk futbolçu olub.

 

“Ayaks”la oyuna qədər 6 qolu olan futbolçu bu görüşdə də fərqlənməklə rəqib qapılarından keçirdiyi topların sayını 7-yə çatdırıb. Yusuf Avroliqanın qrup mərhələsində “Milan” (İtaliya) və “Sparta” (Praqa, Çexiya) ilə oyunlarda da het-trikə imza atmışdı. Bu üzdən 24 yaşlı futbolçu iki dəfə həftənin ən yaxşı oyunçusu da seçilmişdi.

 

Qeyd edək ki, “Lill” “Ayaks”a 1:2 hesabıyla uduzmaqla mübarizəni dayandırıb.

Müəllif: Ayna.az      27 Fevral 2021 03:53
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin