Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyə və Xorvatiya XİN başçıları Qarabağı müzakirə ediblər

Türkiyə və Xorvatiya XİN başçıları Qarabağı müzakirə ediblər

Mövlud Çavuşoğlu Qordan Qrliç-Radmanla birgə mətbuat konfransı keçirib

 

“Xorvatiyalı həmkarımla görüşümüz zamanı regional məsələlərlə, o cümlədən Qarabağla bağlı müzakirələr apardıq”.

 

AYNA-nın APA-ya istinadən xəbərinə görə, bunu Xorvatiyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xorvat həmkarı Qordan Qrliç-Radmanla birgə mətbuat konfransında deyib.

 

Nazir qeyd edib ki, Şimali Kipr, Şərqi Aralıq dənizi, Liviya və Suriya ilə bağlı da fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az      26 Fevral 2021 18:47
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin