Əsas səhifə Haqqımızda Xəbər lenti

İlham Əliyevdən jurnalistə irad: “Dediyinizin arxasında durmalısınız”

İlham Əliyevdən jurnalistə irad: “Dediyinizin arxasında durmalısınız”

“Kimsə bu terrorçuları görübmü? Siz və sizin həmkarlarınız bizə ad verə bilərsinizmi?”

 

“Siz terrorçu qrupları haqqında danışdınız. Hansı məlumatlara istinad edirsiz və hansı ölkələrdən alınmış məlumatlardan söhbət gedir? Sizin sualınız bir növ ittiham formasındadır. Hər hansı məlumat haqqında danışarkən mənbə qeyd edin. Siz mənə dəqiq mənbə, dəqiq məlumat verə bilmirsiniz. Kimisə ittiham etmək asandır, amma dediyinizin arxasında durmalısımız”.

 

AYNA-nın xəbərinə görə, bu sözləri Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında İrandan olan jurnalistin Vətən müharibəsində terrorçu qruplaşmaların iştirakı iddiası ilə bağlı sualını cavablandırarkən deyib.

 

Ölkə başçısı xanım jurnalistə irad tutaraq bildirib ki, spekulyasiyaya yol vermək lazım deyil: “Siz öz verdiyiniz suala özünüz cavab verdiniz. Bunlar hər hansı terrorçu qrupların iştirakı ilə bağlı uydurulmuş məlumatlardır. Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist olaraq bu sualı ünvanlayırsınız. Qarabağın azad olunması əməliyyatında heç bir terrorçu iştirak etməyib. Əməliyyatı bizim ordumuz həyata keçirib”.

 

“Bu, sadəcə Azərbaycanı ittiham etməkdir. Bu, Ermənistan tərəfindən ediləndə anlaşılandır, onlar üçün bəhanədir, ağrılı məsələdir ki, azadolunmanı Azərbaycan əsgəri edib. Kimsə bu terrorçuları görübmü? Siz və sizin həmkarlarınız bizə ad verə bilərsinizmi? Sizə tövsiyəm odur ki, spekulyasiyalara yol verməyəsiniz. İranla bizim əməkdaşlığımız var. İran şirkətləri yenidənqurma işlərində iştirak etmək istəyirlər”.

 

Daha sonra jurnalist sualına düzəliş edərək, yanlış anlaşıldığını deyib: “Mən ümumiyyətlə bölgədə İŞİD kimi terrorçu birləşmələrin təhlükəsilə bağlı soruşurdum”.

 

Prezident jurnalistə bu aydınlatması üçün təbəssümlə təşəkkür edib.

Müəllif: Ayna.az      26 Fevral 2021 14:20
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin