Əsas səhifə Haqqımızda Xəbər lenti

Prezident: “Biz Xocalıya qayıdacağıq, başqa yolu yoxdur”

Prezident: “Biz Xocalıya qayıdacağıq, başqa yolu yoxdur”

İlham Əliyev: “Ermənistan tərəfi də bunu anlamalıdır. Süni əngəllər yaratmaq istəsələr, ancaq özünə zərbə vurmuş olarlar”

 

Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında xalqların birgəyaşayış məsələsinə toxunub.

 

AYNA xəbər verir ki, Prezidentin sözlərinə görə, Azərbaycan əməkdaşlığa açıq ölkədir: “Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayır, burada heç vaxt nə dini, nə də milli zəmində hər hansı qarşıdurma və ya anlaşılmazlıq olmayıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Bütün xalqların nümayəndələri bir bayraq altında, bir yumruq kimi birləşdi və bu Qələbədə Azərbaycanda yaşayan hər bir xalqın qiymətli payı var”.

 

“Ermənilərlə birgə yaşamağımıza gəlincə, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda azərbaycanlılarla ermənilər birgə yaşayır. Bu yaxınlarda mənə verilən məlumata görə, jurnalistlər Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycanda yaşayan bacısını tapmışdılar. 90-cı illərdə Ermənistan müdafiə naziri olan və azərbaycanlılara qarşı soyqırımı törədən şəxsin bacısı Azərbaycanda yaşayır. Ona bir söz deyən var? Əlbəttə, yoxdur. Azərbaycan xalqının əxlaqı budur. Biz bundan sonra da buna hazırıq”, - deyə Prezident vurğulayıb.

 

İ.Əliyev əminliklə bildirib ki, Qarabağın sülhməramlı missiyanın nəzarətində olan hissəsinə də azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar: “Noyabrın 10-da imzalanmış Bəyanatda bu göstərilir. Bəli, bu, bir qədər zaman tələb edir, birgə səylər tələb edəcək. O cümlədən biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır. Süni əngəllər yaratmaq istəsələr, ancaq özünə zərbə vurmuş olarlar”.

 

“Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Bunu biz başa düşürük və burada heç kimi tələsdirmək istəmirik, heç kimi məcbur etmək istəmirik”, - deyə ölkə başçısı bildirib.

Müəllif: Ayna.az      26 Fevral 2021 14:06
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin