Əsas səhifə Haqqımızda Xəbər lenti

İlham Əliyev: “Sülhməramlıların fəaliyyəti beş il nəzərdə tutulub”

İlham Əliyev: “Sülhməramlıların fəaliyyəti beş il nəzərdə tutulub”

“Əgər beş ildən sonra Azərbaycan bu məsələdə fərqli fikir sərgiləsə, əlbəttə ki, onların fəaliyyətinə son veriləcək”

 

“Biz hədəfimizə çatmışıq. Hədəfimiz torpaq bütövlüyümüzü bərpa etmək idi və buna nail olduq. Hərbi qələbə qazandıq, torpaqlarımızı danışıqlar yolu ilə yox, hərbi yolla azad etdik”.

 

AYNA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib. Ölkə başçısı xatırladıb ki, döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etmişik: “Düşməndən intiqamımızı döyüş meydanında aldıq”.

 

“Əcnəbi əsgərlərə gəldikdə, onların Azərbaycan ərazisində fəaliyyəti müvəqqəti xarakter daşıyır. Bu əsgərlər xüsusi missiya icra edirlər. Bu, hərbi baza anlamına gəlmir. Rusiya hərbçiləri burada sülhməramlı missiyanı icra edirlər. Hesab edirəm ki, müvəffəqiyyətlə icra edirlər. Ara-sıra müəyyən problemlər üzə çıxır, amma ümumilikdə, Rusiya sülhməramlılarının fəaliyyəti qənaətbəxş hesab oluna bilər. Onların burada fəaliyyəti beş il müddətinə nəzərdə tutulub. Əgər beş ildən sonra Azərbaycan bu məsələdə fərqli fikir sərgiləsə, o zaman əlbəttə ki, onların fəaliyyətinə son veriləcək”, - Prezident bildirib.

Müəllif: Ayna.az      26 Fevral 2021 13:34
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin