Əsas səhifə Haqqımızda Xəbər lenti

Prezident: ”Ermənistan tərəfinin qeyri-səmimi davranışlarını görürük”

Prezident: ”Ermənistan tərəfinin qeyri-səmimi davranışlarını görürük”

İlham Əliyev: “İnsanları bilərəkdən bu təhlükəyə atmaq təbii ki, hansısa əməkdaşlığı şübhə altına qoyur”

 

“Biz zəmanət verə bilmərik ki, digər diversiya qrupları ora daxil olmağa cəhd etməyəcək. Biz həmin ərazilərin təhlükəsizliyini təmin edirik, mütəmadi reydlər keçiririk, ərazilərdə monitorinqlər aparırıq. Həm pilotsuz uçuş aparatları həm də digər vasitəsilə bunu edirik”.

 

AYNA bildirir ki, bu sözləri Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında səsləndirib.

 

Ölkə başçısı qeyd edib ki, əsas çətinlik ərazilərin minalardan təmizlənməsidir: “Ermənistan tərəfi bizə minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Bu da cinayət hesab oluna bilər. Çünki hərbi əməliyyatlar bitəndən sonra artıq bir neçə hal olub ki, həm hərbçilərimiz, həm də dinc əhali o ərazilərdə həlak olub. Biz əlimizdə olan vasitələrlə tam sürətlə minalardan təmizlənməni təbii ki, həyata keçirə bilmirik. Biz Ermənistan tərəfinin qeyri-səmimi davranışlarını görürük. Çünki onlar bir şeyi deyirlər, digər şeyi edirlər”.

 

“Biz onlara həlak olan hərbçilərinin cəsədlərini vermişik. Ermənistan tərəfinin minlərlə cəsədi sülhməramlılarla birgə işğaldan azad olunmuş ərazilərdə tapılıb və Ermənistan tərəfinə verilib. Özümüzü mənəviyyat və insaniyyət prinsipləri əsasında aparırıq. Lakin minalanmış ərazilərin xəritələrini verməmək və insanları bilərəkdən bu təhlükəyə atmaq təbii ki, hansısa əməkdaşlığı şübhə altına qoyur. Çünki əməkdaşlıq birtərəfli ola bilməz”, - Prezident əlavə edib.

Müəllif: Ayna.az      26 Fevral 2021 15:33
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin