Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyə Milli Müdafiə Nazirliyindən Xocalı ilə bağlı paylaşım

Türkiyə Milli Müdafiə Nazirliyindən Xocalı ilə bağlı paylaşım

“Beşikdəki körpələri belə öldürməkdən çəkinməyən caniləri unutmadıq və unutdurmayacağıq!”

 

29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən Azərbaycan türkü qardaşlarımızın ağrısını ürəyimizdə yaşamağa davam edirik. AYNA bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşımında qeyd edilib.

 

“Beşikdəki körpələri belə öldürməkdən çəkinməyən caniləri unutmadıq və unutdurmayacağıq! Xocalıda şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik!”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az      26 Fevral 2021 12:49
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin