Əsas səhifə Haqqımızda Xəbər lenti

NATO da Ermənistana çağırış edib

NATO da Ermənistana çağırış edib

Oana Lunkesku tərəfləri gərginliyi artıran açıqlama və davranışlardan çəkinməyə səsləyib

 

NATO Ermənistanda baş verən siyasi hadisələr fonunda tərəfləri demokratiyaya bağlılığa çağırıb. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, alyans Ermənistanda müxalifətin Baş nazir Nikol Paşinyanın istefasını istəməsindən sonrakı prosesləri yaxından izlədiyini bildirib.

 

NATO sözçüsü Oana Lunkesku tərəfləri gərginliyi artıran açıqlama və davranışlardan çəkinməyə səsləyib: “Siyasi müxtəlifliklər sülhpərvər yollarla və Ermənistan konstitusiyasına uyğun şəkildə, demokratiya yolu ilə həllini tapmalıdır”.

Müəllif: Ayna.az      26 Fevral 2021 04:57
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin