Əsas səhifə Haqqımızda Xəbər lenti

Paşinyanın “İsgəndər”lə bağlı açıqlamasına Rusiyadan reaksiya

Paşinyanın “İsgəndər”lə bağlı açıqlamasına Rusiyadan reaksiya

Rusiya Müdafiə Nazirliyi məlumat yayıb 

 

“Dağlıq Qarabağdakı münaqişə zamanı “İsgəndər” raket sistemlərindən heç biri istifadə edilməyib”.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

 

“Bizdə olan obyektiv və etibarlı məlumatlara, həmçinin, obyektiv nəzarət sisteminin təsdiqlədiyi məlumatlara görə, Dağlıq Qarabağda münaqişə zamanı “İsgəndər” raket kompleksindən heç biri istifadə olunmayıb”, - deyə Rusiya MN-dən bildirilib.

 

Qeyd edilib ki, raketlərin bütün sursat ehtiyatları Ermənistan Silahlı Qüvvələrinin anbarlarındadır.

 

Rusiya MN Paşinyanın "Ermənistan Silahlı Qüvvələri tərəfindən Dağlıq Qarabağda istifadə edilən “İsgəndər” raketlərinin partlamadığını və ya yalnız 10% partladığını" söyləməsini çaşqınlıq və təəccüb içərisində izlədiklərini bildirib: “Görünür, Nikol Paşinyan yanlış məlumatlandırılıb və o, nəticədə səhv informasiyadan istifadə etdi”.

Müəllif: Ayna.az      25 Fevral 2021 23:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin