Əsas səhifə Haqqımızda Xəbər lenti

Erməni müxalifəti: Paşinyanla mübarizənin birinci mərhələsi bitdi

Erməni müxalifəti: Paşinyanla mübarizənin birinci mərhələsi bitdi

Manukyan: “İkinci mərhələnin başlanğıcı “vətəni bərpa” etməkdir”

 

Ermənistan "Vətənin Qurtuluşu” Hərəkatının lideri,  müxalifətin Baş nazirliyə namizədi Vazgen Manukyan Paşinyanla mübarizənin birinci mərhələsinin başa çatdığını bildirib. AYNA erməni mediasına istinadən bildirir ki, Manukyan İrəvanda Azadlıq meydanında belə deyib.

 

Onun sözlərinə görə, Paşinyan vəzifəsini tərk edəcək: “Bu, birinci mərhələ idi. İkinci mərhələnin başlanğıcı “vətəni bərpa” etməkdir”.

 

"Baş nazirin istefası məsələsində birlikdə olduğumuz kimi, “vətəni bərpa” etmək məsələsində də bir olmalıyıq. Səlahiyyətlilər xalqı orduya qarşı yönəltməyə çalışırlar, tanınmış metodlardan istifadə edərək onları parçalayırlar. Bu fonda etirazçılardan qətiyyət və intizam tələb olunur”, - deyə Manukyan əlavə edib.

 

Manukyanın sözlərinə görə, bu gün ordu və xalqın birləşmə günüdür: “Burada hərbi çevrilişdən söhbət getmir. Ordu Ermənistanın təhlükəsizliyini təhdid edən əsas düşməni göstərmək üçün Konstitusiya hüququna malikdir. Ordu onu qeyd etdi – bu düşmən Nikol Paşinyandır”.

 

Müxalifət lideri polis əməkdaşlarını, təhlükəsizlik xidmətinin əməkdaşlarını da orduya qoşulmağa, eyni bəyanat verməyə və insanların dincliyini təmin etməyə çağırıb.

 

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb. Paşinyan bəyanatın yönləndirmə ilə edildiyini qeyd edib.

 

 

Müəllif: Ayna.az      25 Fevral 2021 16:58
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin