Əsas səhifə Haqqımızda Xəbər lenti

Cəbrayılda mülki şəxs minaya düşüb

Cəbrayılda mülki şəxs minaya düşüb

Minaya düşən şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb

 

Bu gün saat 14:00 radələrində Cəbrayıl rayon sakini, 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl Rayon Prokurorluğuna məlumat daxil olub. Bu barədə AYNA-ya Cəbrayıl Rayon Prokurorluğundan bildirilib.

 

Qeyd olunub ki, araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      25 Fevral 2021 15:54
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin