Əsas səhifə Haqqımızda Xəbər lenti

Paşinyan onun istefasını istəyən Qasparyanı vəzifədən azad edib

Paşinyan onun istefasını istəyən Qasparyanı vəzifədən azad edib

Baş nazir Baş Qərargah rəisini istefaya göndərib

 

Ermənistan Baş naziri Nikol Paşinyan istefasını tələb edən ölkənin silahlı qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib. AYNA xəbər verir ki, bu barədə Paşinyan “Facebook” səhifəsindəki canlı yayımda söyləyib.

 

“Bu gün Baş Qərargah rəisinin və onun birinci müavininin istefası barədə qərar verdim. Müdafiə naziri Baş Qərargahın yeni rəhbərinin və müavinlərinin təyinatı ilə bağlı müvafiq qərar hazırlayır”, - deyə Paşinyan bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Baş Qərargah Baş nazirin və hökumətin istefasını tələb edən bəyanat verib. Qasparyan başda olmaqla, böyük hərbi hissələrin komandirləri və bütün departament rəhbərləri tərəfindən xüsusi bir bəyanat imzalanıb. Səbəb kimi Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın işdən çıxarılması göstərilib.

 

Paşinyan isə Baş Qərargahın açıqlamasını hərbi çevriliş cəhdi adlandırıb.

Müəllif: Ayna.az      25 Fevral 2021 13:49
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin