Əsas səhifə Haqqımızda Xəbər lenti

Paşinyana qarşı hərbi çevriliş cəhdi: Baş Qərargah qiyama hazırlaşır

Paşinyana qarşı hərbi çevriliş cəhdi: Baş Qərargah qiyama hazırlaşır

Baş nazir: “Baş Qərargahın belə bir bəyanat verməsi hərbi çevriliş cəhdidir”

 

Ermənistanın ordusu Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. AYNA erməni mediasına istinadən bildirir ki, Baş Qərargah rəisi Onik Qasparyan, bütün müavinləri, şöbə müdirləri və bütün böyük hərbi birləşmələrin komandirləri bəyanat imzalayıblar.

 

Bildirilir ki, Baş Qərargah Paşinyanın uzaqgörən olmayan və əsassız addımlarına, xüsusən də Baş Qərargah rəisinin birinci müavininin vəzifəsindən azad edilməsinə qəti surətdə etiraz edirlər.

 

Hərbçilər hesab edir ki, Tiran Xaçatryanın istefası qərarı Ermənistanın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verilib.

 

“Belə çətin vəziyyətdə verilən qərar dövlətə qarşı yönələn və məsuliyyətsiz bir addımdır”, - deyə bildirilir.

 

Mövcud vəziyyətə əsaslanaraq ordu Baş nazir və hökumətin istefasını tələb edirlər.

 

Məlumatda bildirilir ki, Paşinyanın istefası tələbi 40-dan çox yüksək rütbəli hərbçi tərəfindən imzalanıb.

 

AYNA xəbər verir ki, Ermənistan Baş naziri Baş Qərərgahın bəyanatını hərbi çevriliş cəhdi adlandırıb. Bu barədə Paşinyan “Facebook” səhifəsində yazıb.

 

“Baş Qərargahın belə bir bəyanat verməsi hərbi çevriliş cəhdidir”, - deyə Baş nazir bildirib.

Müəllif: Ayna.az      25 Fevral 2021 13:04
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin