Əsas səhifə Haqqımızda Xəbər lenti

Gecə yollar təmizlənəcək, duz səpiləcək - FOTOLAR

Gecə yollar təmizlənəcək, duz səpiləcək -       FOTOLAR

Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparılır

 

“Bu gün axşam və gecə saatlarında Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar intensiv yağan qarın küçə, prospekt və  piyada səkilərindən təmizlənməsi üçün xüsusi, gücləndirilmiş iş rejimində çalışıblar”.

 

AYNA xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

 

Bildirilib ki, şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi maddələrin səpilməsi davam etdirilib.

 

Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparılıb.

 

Yolların təmizlənməsi və duz səpilməsi işləri bütün gecə ərzində davam edəcək, səhər saatlarında isə daha geniş şəkildə həyata keçiriləcək.




Müəllif: Ayna.az      24 Fevral 2021 23:48
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin