Əsas səhifə Haqqımızda Xəbər lenti

Bəzi şəhər və rayonlarda qar yağmaqda davam edir - FAKTİKİ HAVA

Bəzi şəhər və rayonlarda qar yağmaqda davam edir -     FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb 

 

Fevralın 24-ü saat 20:00-a olan məlumatına əsasən, qarın intensivliyi səngiyib, lakin Ağstafa, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Altıağac, Gəncə, Tovuz, Ağdam, Tərtər, Ceyrançöl, Neftçala, Astara, Bərdə, Beyləqan, Kişçay (Şəki), Zərdab, Kürdəmir, İsmayıllı, Naftalan, Zaqatala, Quba, Mərəzə, Cəfərxan, Salyan, İmişli, Biləsuvar, Yardımlı, Lerik, Ağsu, Mingəçevir, Şəmkir, Göyçay, Lənkəran, Yevlax, Sabirabada qar yağmaqda davam edir.

 

Bu barədə AYNA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, şimal-qərb küləyi əsib, Bakıda 8-10, Abşeronda 16-20 metr/saniyəyədək mülayimləşib.

 

Neft Daşları stansiyasının məlumatına əsasən, hazırda Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrdir.

Müəllif: Ayna.az      24 Fevral 2021 21:57
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin