Əsas səhifə Haqqımızda Xəbər lenti

Belarus mətbuatında Xocalı soyqırımı barədə məqalə dərc olunub

Belarus mətbuatında Xocalı soyqırımı barədə məqalə dərc olunub

Lətif Qəndilovun “belprauda.com” xəbər portalında məqaləsi dərc edilib

 

1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin dəstəyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum etdilər.

 

Hücuma keçməzdən əvvəl şəhər toplardan və ağır hərbi texnikadan şiddətli atəşə tutuldu. Şəhərdə qalan təqribən 2500 nəfər əhali evlərini tərk etmək məcburiyyətində qalaraq xilas olmaq məqsədilə Ağdam şəhəri istiqamətinə üz tutdu. Qırğının nəticələri faciəli olub: 613 nəfər (63 uşaq, 106 qadın, 70 qoca) öldürülüb, 150 nəfər itkin düşüb, 8 ailə tamamilə məhv edilib, 487 nəfər şikəst olub, 1275 nəfər əsir götürülüb, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovun ölkənin “belprauda.com” xəbər portalında dərc edilən məqaləsində deyilir.

 

Səfir qeyd edib ki, Xocalı faciəsində iştirak edən ermənilərin və onların havadarlarının hərəkəti insan haqlarının kobud şəkildə pozulması, beynəlxalq hüquqa, Cenevrə Konvensiyasına, İnsan hüquqları haqqında ümumi bəyannaməyə, Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakta, İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakta, Uşaq hüquqları bəyannaməsinə, Fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadın və uşaqların müdafiəsi haqqında bəyannaməyə və beynəlxalq hüququn digər aktlarına həyasızcasına etinasızlıq idi.

 

Son bir neçə il ərzində beynəlxalq birlik Xocalı soyqırımının tanınmasından ötrü ciddi addımlar atıb. Hazırda Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, İndoneziya, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya və Şotlandiyanın qanunvericilik orqanları, həmçinin Amerika Birləşmiş Ştatlarının iyirmi dörd ştatı Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilən hadisələrin soyqırımı kimi tanınması barədə qanunvericilik aktları qəbul ediblər. İslam Əməkdaşlıq Təşkilatı Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qətnamə qəbul edib. “Human Rights Watch” təşkilatı baş verənləri “kütləvi qətl” kimi qiymətləndirir.

 

Məqalədə Xocalı hadisələrinin səbəbləri, beynəlxalq birliyin ikili mövqeyi və 2020-ci il noyabrın 10-dan sonrakı vəziyyət izah edilir.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      24 Fevral 2021 19:49
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin