Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıya bir ayın yağıntısı bir gündə yağıb

Bakıya bir ayın yağıntısı bir gündə yağıb

Umayra Tağıyeva: "Qarın ən kəskin dövrü geridə qaldı"

 

Bakıda bir sutka ərzində düşən yağıntının miqdarı aylıq norma miqdarına yaxınlaşıb.

 

AYNA xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

 

O qeyd edib ki, yağıntı dünən axşamdan başlayıb və təxminən 24 saat ərzində qeydə alınıb:

 

“Hazırda bəzi yerlərdə arabir də olsa, qar yağır, lakin artıq güclü deyil. Bu gecə qar səngiyəcək. Ən kəskin dövr geridə qaldı. Lakin gecə mənfi 9 dərəcə şaxtaya görə fevralın 25-i gecə və səhər yollar buz bağlayacaq”.

Müəllif: Ayna.az      24 Fevral 2021 18:19
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin