Əsas səhifə Haqqımızda Xəbər lenti

Bərdə sakinində “İJ” markalı sənədsiz ov tüfəngi aşkarlanıb

Bərdə sakinində “İJ” markalı sənədsiz ov tüfəngi aşkarlanıb

Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər

 

Bərdə rayon sakinindən sənədləri olmayan ov tüfəngi götürülüb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədli kənd sakini S.Əkbərovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az      24 Fevral 2021 16:23
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin