Əsas səhifə Haqqımızda Xəbər lenti

Gürcüstanda bütün məhdudiyyət və qadağalar ləğv edilir

Gürcüstanda bütün məhdudiyyət və qadağalar ləğv edilir

Ölkəyə hava yolu ilə giriş məhdudiyyətləri də aradan qaldırılır

 

Gürcüstan müəyyən olunmuş şərtlər çərçivəsində ölkəyə hava yolu ilə girişi açır. AYNA Gürcüstan mətbuatına istinadən bildirir ki, bu barədə Baş naziri İrakli Qaribaşvili məlumat verib.

 

Beləliklə, martın 1-dən etibarən Azərbaycan, Ermənistan, Belarus, Ukrayna, Qazaxıstan və Rusiya vətəndaşları ölkəyə hava yolu ilə sərbəst gedə biləcəklər. Ölkəyə giriş şərti COVID-19 testinin mənfi olmasıdır. Ölkənin quru sərhədləri isə bağlı qalacaq.

 

Bundan əlavə, Gürcüstanda koronavirusun yayılması səbəbindən tətbiq olunan demək olar ki, bütün məhdudiyyət və qadağalar aradan götürülür.

 

Restoranlar yazın əvvəlindən, şəhərlərarası nəqliyyat isə 25 fevraldan etibarən fəaliyyətə başlayacaq.

 

"Ölkəyə səyahət edənlərin qəbulu ilə əlaqədar tədbirləri yumşaltmağa qərar verdik", - deyə Qaribaşvili vurğulayıb.

Müəllif: Ayna.az      24 Fevral 2021 17:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin