Əsas səhifə Haqqımızda Xəbər lenti

ÜST koronavirusla bağlı dünyadakı son vəziyyəti açıqlayıb

ÜST koronavirusla bağlı dünyadakı son vəziyyəti açıqlayıb

Virusdan ölüm halları son həftə ərzində 20 faiz, yoluxma 11 faiz azalıb

 

Fevralın 15-dən 21-dək dünyada koronavirusa (COVID-19) yoluxma halları əvvəlki həftə ilə müqayisədə 11 faiz, ölüm halları isə 20 faiz azalıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində məlumat verilib.

 

Qeyd olunub ki, virusa yoluxmada artıq ardıcıl olaraq altıncı həftədir azalma müşahidə edilir.

 

“Artıq altıncı həftədir ki, dünyada yeni yoluxmalar ardıcıl olaraq azalır. Ötən həftə ərzində 2 milyon 457 min 26 yoluxma və 66 min 359 ölüm halı qeydə alınıb. Fevralın 21-nə olan məlumata əsasən, indiyə qədər dünya üzrə koronavirusa 110 milyon 763 min 898 nəfər yoluxub, 2 milyon 455 min 331 nəfər həyatını itirib”, - məlumatda vurğulanıb.

 

Müəllif: Ayna.az      24 Fevral 2021 16:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin