Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyə millisinin oyununun yeri dəyişdirilib

Türkiyə millisinin oyununun yeri dəyişdirilib

Görüş martın 27-də baş tutacaq

 

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Norveç - Türkiyə matçının yeri dəyişdirilib.

 

AYNA Norveç Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İspaniyanın Malaqa şəhərində oynanılacaq.

 

Bu qərar koronavirus pandemiyası ilə bağlı səyahət məhdudiyyətinə görə qəbul olunub.

 

Qeyd edək ki, görüş martın 27-də olacaq. Türkiyə millisi Niderland, Norveç, Monteneqro, Latviya və Cəbəllütariqlə birlikdə G qrupunda yer alıb.

Müəllif: Ayna.az      24 Fevral 2021 03:28
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin