Əsas səhifə Haqqımızda Xəbər lenti

Dünyada COVID-19-la bağlı son vəziyyət

Dünyada COVID-19-la bağlı son vəziyyət

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Dünyada COVID-19-a yoluxanların sayı 111,41 milyon nəfəri ötüb.

 

AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 111 419 939 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 470 772 insan ölüb.

 

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 280 853 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 6 884 pasiyent təhlükəli infeksiyadan ölüb.

 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

Müəllif: Ayna.az      24 Fevral 2021 00:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin