Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakının bəzi avtomagistrallarında sürət həddi endirilib

Bakının bəzi avtomagistrallarında sürət həddi endirilib

Buz bağlama ehtimalını nəzərə alaraq yollardakı elektron tablolarda “sürüşkən yol” işarəsi qoyulub

 

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

 

Buz bağlama ehtimalını nəzərə alaraq yollardakı elektron tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

 

"Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

 

Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir", - deyə qurum bəyan edib.

Müəllif: Ayna.az      23 Fevral 2021 17:51
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin