Əsas səhifə Haqqımızda Xəbər lenti

Quş qripi təhlükəsi: Azərbaycan qadağa qoydu

Quş qripi təhlükəsi: Azərbaycan qadağa qoydu

Ölkəyə İran və Şotlandiyadan quş əti gətirilməsi dayandırılıb

 

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İran İslam Respublikasının Mazandaran, Gilan, Qum, Kürdüstan əyalətlərindən və Şotlandiyanın Fayf inzibati ərazi vahidindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

 

AYNA xəbər verir ki, bu sözlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatında əksini tapıb.

 

Bildirilib ki, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İran İslam Respublikasından və Şotlandiyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

 

Qeyd edilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, İran İslam Respublikasının Mazandaran, Gilan, Qum, Kürdüstan əyalətlərində və Şotlandiyanın Fayf inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Müəllif: Ayna.az      23 Fevral 2021 16:25
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin