Əsas səhifə Haqqımızda Xəbər lenti

“Nikolsuz Ermənistan” – Erməni müxalifətinin aksiyaları davam edir

“Nikolsuz Ermənistan” – Erməni müxalifətinin aksiyaları davam edir

Bu gün aksiyaçılar Baş Prokurorluq və polis binaları istiqamətində yürüş keçirməyə hazırlaşırlar

 

Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın hökumət binasına daxil olmasına mane ola bilməyib. AYNA erməni mediasına istinadən bildirir ki, 3 saylı hökumət binası önündə etiraz aksiyasından 50 nəfər tutulub polisə aparılıb.

 

Qeyd edək ki, "Vətənin Xilası" Hərəkatı dünəndən Paşinyanı binaya buraxmamağı planlaşdırmışdı. Lakin əraziyə gətirilən böyük miqdarda polis qüvvələri müxalifətin planını əngəlləyib.

 

Paşinyanın istefası tələbilə tədbirlərin təşkil edilməsində fəal iştirak edən “Daşnaksütyun” Partiyasının nümayəndəsi Geqam Manukyan jurnalistlərə deyib ki, müxalifətin məqsədi binanın təcrid edilməsi olmayıb: “Biz hökumətin müxalifətdən qorxduğunu nümayiş etdirmək istədik”.

 

Aksiyaçılar “Nikolsuz Ermənistan”, "Nikol - satqın" və "Nikol - türk" şüarları ilə piketlər keçirirlər. Polisin məlumatına görə, bu aksiya zamanı 25 nəfər saxlanılıb.

 

"Satqının ölkədə azad hərəkət etmək imkanı olmamalıdır. Gəlin birlikdə binanın bütün girəcəklərini bağlayaq", - “Daşnaksütyun” Partiyasının Ali Orqanının nümayəndəsi İşxan Saqatelyan bildirib.

 

Məlumatda o da bildirilir ki, bu gün yerli vaxtla saat 18:00-da müxalifət tərəfdarları Respublika meydanından Baş Prokurorluq və polis binaları istiqamətində yürüş keçirməyə hazırlaşırlar. Müxalifət ölkə hüquq-mühafizə orqanlarını "məğlubiyyətçi, satqın" adlandırdıqları Paşinyan hakimiyyətinə xidmət etməməyə çağırırlar.

 

Müəllif: Ayna.az      23 Fevral 2021 16:57
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin