Əsas səhifə Haqqımızda Xəbər lenti

Deputat metronun açılmasını istəyir: “Avtobuslar sıxlığının qarşısında acizdir”

Deputat metronun açılmasını istəyir: “Avtobuslar sıxlığının qarşısında acizdir”

Jalə Əhmədova: “Vətəndaş “Neftçilər”dən “Elmlər Akademiyası” tərəfə işə gəlmək üçün 2 saat vaxt itirir”

 

"Ölkəmizdə virusa yoluxmanın təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın verdiyi qərarlar vətəndaşlarımızın mənafeyinə hesablanıb. Qərarlar nəticəsində ölkəmizdə koronavirusa yoluxma halları minimuma endi”.

 

AYNA xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Jalə Əhmədova deyib. O bildirib ki, yoluxmanın azalması ilə ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi də mərhələli şəkildə, getdikcə yumşaldılır: “Lakin bu yumşalma fonunda insanları yenə də ən çox narahat edən məsələ ictimai nəqliyyat, daha doğrusu metrosuzluqdur. Doğrudur, xəttə beynəlxalq standartlara uyğun ən müasir avtobuslar buraxılıb, amma bu avtobuslar sərnişin sıxlığının qarşısının alınmasında acizdir”.

 

“Avtobuslar, həm də vaxt itkisi deməkdir. Məsələn, vətəndaş “Neftçilər”dən “Elmlər Akademiyası” tərəfə işə gəlmək üçün 2 saat vaxt itirir. Eynilə də, işdən evə qayıdan zaman. Hesab edirəm ki, metronun fəaliyyətini bərpa edərsə, bu problemlər aradan qalxacaq və insanlarımız mənzil başına çatmaq üçün nə saatlarla vaxt sərf edəcək, nə də sərnişin sıxlığı yaşayacaq", - deyə J.Əhmədova əlavə edib.

Müəllif: Ayna.az      23 Fevral 2021 13:51
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin