Əsas səhifə Haqqımızda Xəbər lenti

Deputatdan etiraz: “Bu klubların çoxunu SOCAR maliyyələşdirir”

Deputatdan etiraz: “Bu klubların çoxunu SOCAR maliyyələşdirir”

Tahir Kərimli: “Yuxarı liqalara bir komanda belə çıxmır. Uduzan da, udan da yerində sayır”

 

“Azərbaycanda futbolla bağlı məsələdə ciddi problemlər var”. AYNA xəbər verir ki, bu sözləri deputat Tahir Kərimli Milli Məclisin iclasında səsləndirib.

 

Millət vəkili bildirib ki, futbol üzrə çempionatımızın səviyyəsi çox aşağıdır: “Deyirlər, Azərbaycan çempionatı keçirildi. Amma baxıram, bu, elə Bakı çempionatı olub. Bu klubların çoxunu SOCAR maliyyələşdirir. Hanı bizim böyük şirkətlərimiz?”.

 

“Yuxarı liqalara bir komanda belə çıxmır. Uduzan da, udan da yerində sayır. Yuxarı liqa, aşağı liqa məsələsi bizim futbolda demək olar ki, yoxdur”, - deyə Kərimli qeyd edib.

 

Deputatın qənaətincə Azərbaycan futbolu, uşaq futbolu məhv olmaq üzrədir: “Uşaq futbolunu inkişaf etdirmək lazımdır. Artıq həyəcan təbili çalmağın zamanıdır”.

Müəllif: Ayna.az      23 Fevral 2021 12:36
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin