Əsas səhifə Haqqımızda Xəbər lenti

Deputat qaz limiti ilə bağlı Tarif Şurasından xahiş etdi

Deputat qaz limiti ilə bağlı Tarif Şurasından xahiş etdi

Azər Badamov: “Dağlıq rayonlarda yaşayan əhali üçün qaz limiti artırılsın”

 

Milli Məclisin bu gün keçirilən iclasında əhaliyə satılan təbii qazla bağlı məsələ qaldırılıb. AYNA-nın xəbərinə görə, deputat Azər Badamov deyib ki, güzəştlə satılan qazın limiti məsələsinə yenidən baxılmalıdır.

 

“Dağlıq rayonlarında qazdan istifadə daha çox olur:. Belə rayonların sakinləri digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar. Güzəştli qaz limiti məsələsində bütün əhaliyə, regionlara eyni yanaşma tətbiq edilib. Ölkə əhalisinin 15 faizi qaz limitini aşır”, - deyə Badamov qeyd edib.

 

Millət vəkilinin sözlərinə görə, limiti aşan 15 faizin içində dağlıq rayonlarda yaşayan insanlar 10 faizdən az təşkil edir: “Tarif Şurasından dağlıq rayonlarda yaşayan əhali üçün qaz limitini artırmağı xahiş edirəm”.

Müəllif: Ayna.az      23 Fevral 2021 11:37
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin