Əsas səhifə Haqqımızda Xəbər lenti

“Zəm-Zəm”də karantin qaydaları pozuldu

“Zəm-Zəm”də karantin qaydaları pozuldu

Lənkəranda qayda pozuntularına yol verənlər cərimələniblər

 

Lənkəran rayonunda karantin qaydalarını pozan iki obyekt cərimə olunub. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayonun Digah kəndində yerləşən “Zəm-Zəm” çay evində karantin rejimi qaydalarına zidd olaraq qəlyan xidməti göstərildiyi, Vilvan kəndində yerləşən digər bir çay evinin isə gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.

 

Həmin obyektlərlə bağlı üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Müəllif: Ayna.az      23 Fevral 2021 11:23
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin