Əsas səhifə Haqqımızda Xəbər lenti

İntihar edən 20 yaşlı qızla bağlı məlumat - RƏSMİ

İntihar edən 20 yaşlı qızla bağlı məlumat -     RƏSMİ

Fidan İsmayılzadə özünü Zabrat-2 qəsəbəsində yerləşən binanın 8-ci mərtəbəsindən atıb

 

Ötən gün saat 19:00 radələrində Zabrat qəsəbəsində intihar edən şəxsin kimliyi məlum olub. AYNA xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, 20 yaşlı İsmayılzadə Fidan Nail qızı özünü Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən doqquzmərtəbəli binanın 8-ci mərtəbəsindən ataraq intihar edib.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğuna daxil olan məlumat əsasında, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Meyitin üzərində hündürlükdən yıxılması nəticəsində alınmış xəsarət izlərindən başqa digər şübhəli izlər müşahidə edilməyib.  Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif: Ayna.az      23 Fevral 2021 10:35
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin