Əsas səhifə Haqqımızda Xəbər lenti

DİM-in bu gün keçirdiyi imtahanda bir nəfər iştirak edib

DİM-in bu gün keçirdiyi imtahanda bir nəfər iştirak edib

Növbəti “GRE:General Test” imtahanı keçirilib

 

Dövlət İmtahan Mərkəzində (DİM) növbəti “GRE:General Test” imtahanı keçirilib. DİM-dən AYNA-ya verilən məlumata görə, imtahan bu gün qurumun inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

 

Koronavirusla əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

İmtahanda 1 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti GRE imtahanının martın 1-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə etmək mümkündür.

Müəllif: Ayna.az      22 Fevral 2021 17:21
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin