Əsas səhifə Haqqımızda Xəbər lenti

Qanunsuz ov edən şəxslər saxlanılıblar

Qanunsuz ov edən şəxslər saxlanılıblar

Onlardan “İJ” markalı iki ov tüfəngi götürülüb

 

Neftçala rayonunda qanunsuz ov edən şəxslər yaxalanıblar. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, rayonun Qırmızıkənd kəndi ərazisində qanunsuz ov etdikləri üçün kənd sakinləri B.Sailov və X.Quliyev Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar. Onlardan “İJ” markalı iki ov tüfəngi götürülüb. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az      22 Fevral 2021 19:39
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin