Əsas səhifə Haqqımızda Xəbər lenti

İran BMT-nin nüvə obyektlərinə girişini məhdudlaşdırıb

İran BMT-nin nüvə obyektlərinə girişini məhdudlaşdırıb

Müfəttişlər qəflətən yoxlama hüququndan məhrum edilib

 

İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) BMT müfəttişlərinin İslam Respublikasındakı nüvə obyektlərinə girişinin üç ay uzadılması barədə razılığa gəliblər.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, yeni razılığa əsasən, BMT müfəttişləri qəflətən yoxlama hüququndan məhrum edilib və onların obyektlərə girişi məhdudlaşacaq.

 

İran İslam Respublikası rəsmiləri bu addımı ABŞ-ın yeni rəhbərliyinin sanksiyaları ləğv etməməsinə cavab olaraq atdığını deyib.

 

Qeyd edək ki, rəsmi Tehran ABŞ ilə imzaladığı nüvə razılaşmasına qayıtmaq istəyir. ABŞ-ın yeni Prezidenti Co Bayden komandası danışıqlara açıq olduğunu bəyan edib. Amma ilk addımı atmaqdan imtina edir. Avropa ölkələri isə ABŞ və İran arasında vasitəçi kimi çıxış etməyə çalışırlar.

Müəllif: Ayna.az      22 Fevral 2021 18:49
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin