Əsas səhifə Haqqımızda Xəbər lenti

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə müsahibələr başa çatıb

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə müsahibələr başa çatıb

Nəticələrlə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

 

Fevralın 5-dən etibarən başlayan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr başa çatıb. AYNA xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, onlayn müsahibələrə müxtəlif fənlər üzrə ümumilikdə 2948 namizəd dəvət olunub. “Microsoft Teams” proqramı üzərindən keçirilən müsahibələrdə 2912 nəfər iştirak edib.

 

Müsahibənin nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

 

Qeyd edək ki, onlayn müsahibələrdə uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.

Müəllif: Ayna.az      22 Fevral 2021 16:04
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin