Əsas səhifə Haqqımızda Xəbər lenti

Prezidentin xüsusi nümayəndələri ilə bağlı qanunda dəyişiklik edilib

Prezidentin xüsusi nümayəndələri ilə bağlı qanunda dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.  AYNA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb.

 

Dəyişikliyə əsasən, xüsusi nümayəndələr qanunda nəzərdə tutulan inzibati vəzifələrin birinci təsnifatına, xüsusi nümayəndələrin müavinləri vəzifələri ikinci təsnifatına, xüsusi nümayəndəliklərdəki mütəxəssislər üçüncü təsnifatına daxil edilib.

 

Bundan başqa, dövlət başçısı “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında Fərman da imzalayıb.

 

Fərmana əsasən, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi vəzifələri  inzibati vəzifələrin təsnifatlarına daxil edilib.

Müəllif: Ayna.az      22 Fevral 2021 13:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin