Əsas səhifə Haqqımızda Xəbər lenti

Sarıbaşda qarın hündürlüyü 42 santimetrə çatıb

Sarıbaşda qarın hündürlüyü 42 santimetrə çatıb

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb

 

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya bildirilib ki, fevralın 22-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.

 

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 42, Gədəbəydə 22, Göygöldə 19, Kişçayda (Şəki) 17, Lerikdə 15, Şəkidə 14, Qrızda 12, Altıağac, Oğuzda 10, Xaltanda 6, Yardımlı, Ağdərədə (Ordubad) 5, Qubada 3, Qəbələ, Zaqatala, Qusarda 1 sm olub.

 

Düşən yağıntının miqdarı Neftçalada 7, Lənkəranda 6, Lerikdə 5, Yardımlı, Astarada 4, Beyləqan, Cəfərxanda 2, Şərur, Göygöl, Qəbələ, Mərəzə, Zərdab, İmişli, Kürdəmir, Maştağa, Binədə 1 mm-dək olub.

 

Havanın temperaturu fevralın 21-də Bakıda iqlim norması daxilində, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, Naxçıvan MR-da 2-4, aran rayonlarında 0-3, dağlıq rayonlarda 6-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 16 dərəcəyədək şaxta olub.

Müəllif: Ayna.az      22 Fevral 2021 11:51
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin