Əsas səhifə Haqqımızda Xəbər lenti

Ceyhun Bayramov Türkiyəyə gedir

Ceyhun Bayramov Türkiyəyə gedir

Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçılarının Ankarada görüşü keçiriləcək

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edir. Bu barədə AYNA-ya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, nazirin 23 fevral tarixində Ankarada keçiriləcək Azərbaycan Respublikası - Türkiyə Respublikası - Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfəri nəzərdə tutulur.

 

Müəllif: Ayna.az      22 Fevral 2021 11:16
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin