Əsas səhifə Haqqımızda Xəbər lenti

Gədəbəydə baş verən güllələnmə ehtiyatsızlıqdan olub

Gədəbəydə baş verən güllələnmə ehtiyatsızlıqdan olub

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb

 

Gədəbəydə baş verən hadisənin təfərrüatları məlum olub. AYNA-nın APA-ya istinadən məlumatına görə, 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu qarın nahiyəsindən ehtiyatsızlıqdan güllə yarası alıb.

 

DİN-in Mətubat Xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Onun sözlərinə görə, kənd sakini 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu ov  tüfəngi ilə dovşan vuran zaman 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu xəsarət alıb.

 

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.  Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: Ayna.az      22 Fevral 2021 07:48
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin